“Qara bazar”da dollar neçəyədir? – MƏZƏNNƏ

Yanvar ayının 22-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib.

Yenicag.Az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.85 manat, satışı isə 1.87-1.88 manat olaraq qalıb.

Qeyd edək ki, yanvar ayının 18-də keçirilən son hərracda manatın orta çəkili məzənnəsi 1.8285 manata qədər bahalaşmışdı. Nəticədə “qara bazar”da da dolların alış-satış qiyməti nisbətən yüksəlmişdi. “Qara bazar”dan verilən məlumata görə, hazırkı alış-satış kursu günorta saatlarında keçiriləcək valyuta hərracına qədər qüvvədə olacaq. Hərracdan sonra “qara bazar”da da dolların kursunun yenidən bahalaşacağı gözlənilir.

Yenicag.Az