Qara dənizlə Xəzər arasında kanal tikilsin - Nazarbayev

media-hightechnic-468x90

Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinə Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

Yenicag.az xəbər verir ki, belə bir təklifi Qazaxıstan prezidenti Nursultan Nazarbayev qurumun Soçidə baş tutan iclası zamanı irəli sürüb.

Qazaxıstan prezidenti bildirib ki, hər iki dənizi birləşdirəcək “Avrasiya” kanalı perspektivli layihələrdən ola bilər.

Nazarbayev həmçinin Rusiya və Qazaxıstan ərazisindən keçəcək “Avrasiya” avtomagistralının tikilməsini də təklif edib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa