!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qara qitə”də YENİ OYUNÇU: Afrika uğrunda yeni mübarizəyə bu dövlət də qoşuldu

!Reklam – Yazi

Almaniyanın federal kansleri Olaf Şolts ölkənin aparıcı şirkətlərini Afrikada investisiyalarını artırmağa çağırıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, Olaf Şolts bu fikirləri “Almaniya-Afrika İnvestisiya Sammiti”ndəki çıxışı zamanı səsləndirib.Onun sözlərinə görə, Afrika Almaniyanın iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

“Afrika ilə harmoniya” təşəbbüsünün artıq öz bəhrəsini verdiyini deyən Şolts bu layihə çərçivəsində xarici ölkələrə yatırılan birbaşa sərmayənin ötən il əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Şolts bildirib ki, Afrika ölkələrində iqtisadi potensialın yalnız böyük özəl investisiyalar hesabına artırılması daha real və effektli ola bilər.

Almaniya şirkətlərinin Afrikaya böyük maraq göstərdiyini ifadə edən kansler hökumətin müvafiq zəmanət şərtləri ilə özəl investisiyaları asanlaşdırdığını vurğulayıb.

Məlumata əsasən, “Almaniya-Afrika İnvestisiya Sammiti”ndə Misir, Mərakeş, Tunis, Ruanda, Efiopiya, Qana, Qvineya, Konqo Demokratik Respublikası, Seneqal və digər ölkələrdən yüksək səviyyəli rəsmilər iştirak edib.

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv