“Hələ ki, məlumat vermirlər, biz də xəbər gözləyirik”.
Yenicag.az xəbər verir ki, Müdafiə Nazirliyi iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin “qara qutu”sunun tapılaraq, dənizdən çıxarıldığını açıqlayıb. Bunula belə, hərbi təyyarənin “qara qutu”su tapılsa da, “MiQ-29”-un pilotu Rəşad Atakişiyevdən isə hələ də heç bir xəbər yoxdur.
Pilotun axtarışları ilə bağlı Yenicag.az-a danışan Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli bu məsələ ilə bağlı yeniliyin olmadığını deyib: “Pilot barədə heç bir məlumat vermirlər. Biz də xəbər gözləyirik”.
Qeyd edək ki, MİQ-29 hərbi təyyarəsi iyulun 24-də keçirilən gecə, təlim uçuşu zamanı qəzaya uğrayıb.
Səxavət Məmməd
www.yenicag.az