İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan “Boeing 737-800” tipli sərnişin təyyarəsinin “qara qutu”su araşdırmaya verilib.
Yenicag.az xəbər verir ki, Pegasus Hava Yolları Şirkətinin rəhbəri Məhmət Tevfik Nanə mətbuata açıqlamasında bildirib ki, şirkət rəhbəri deyib ki, dünən qəza baş verdikdən sonra yerli vaxtla 18.36-dan başlayaraq, 18 nəfərlik heyət yaradılıb. Xəstəxanaya yerləşdirlilən yaralılar, digər zərərçəkən sərnişinlərlə əlaqə yaradılıb, onların problemlərilə bağlı tədbirlər görülür.
Təyyarədə 177 sərnişin, 6 işçi heyətlə birlikdə 183 nəfərin olduğunu deyən Məhmət Tevfik onlardan 180-nin xəstəxanaya aparıldığını, 3-nün vəfat etdiyini xatırladıb.
Qeyd edək ki, fevralın 5-də Türkiyədə “Boeing 737-800” tipi sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.
www.yenicag.az