Novruz çərşənbələri 30 ildən sonra Qarabağın dilbər guşələrindən olan Malıbəyli kəndində də qeyd edilir, bayram tonqalları qalanır.
Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Malıbəyli kəndində hazırda intensiv bərpa-quruculuq işləri həyata keçirilir. “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları kəndin tikinti və abadlığı ilə yanaşı, ərazidəki sahibsiz atlara da qulluq edir, onların qayğısına qalırlar.
MMC-nin əməkdaşları Yel çərşənbəsində Qarabağ atlarını Malıbəylinin dağları ilə çaparaq, Novruz tonqalını alovlandırıblar. Malıbəylidə qalanan tonqal həm də bu qədim yurd yerində 30 ildən sonra ocaqların yenidən yanması deməkdir. Tezliklə, Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Laçın şəhəri və Zabux kəndi, Füzuli şəhəri kimi Malıbəyliyə də sakinlərin qayıdışı olacaq, kənddə hər bir evin ocağı yanacaq.
“Absheron Group Production”un Malıbəylidə çəkdiyi videogörüntünü təqdim edirik.
www.yenicag.az