Azərbaycan-Türkiyə Evi qondarma Dağlıq Qarabağda keçirilən erməni separatçılarının liderinin “tacqoyma” mərasimini qəti şəkildə qınayır.
Azərbaycan-Türkiyə Evi təşkilatının rəhbərliyi adından yayılmış bəyanatda bildirilir ki, bununla Ermənistan rəhbərliyi və onun dəstəklədiyi Qarabağdakı erməni separatçıları münaqişənin sülh yolu ilə həllinə böyük zərbə endirərək regionda vəziyyəti daha da gərginləşdirirlər.
“Belə əməllər təşkilatımız tərəfindən qətiyyətlə pislənir və biz bütün dünya istimaiyyətinə müraciət edərək ermənilərin Cənubi Qafqaz regionunda yenidən müharibə yaratmaq cəhdlərinin qarşısı almağa çağırırıq. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və bütün dünya bunu belə tanıyır”, – Azərbaycan-Türkiyə Evinin yaydığı bəyanatda belə deyilir.
www.yenicag.az