"Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzdu - YENİLƏNDİ / VİDEO

media-hightechnic-468x90

Matç bitdi. “Qarabağ” Bakıda İngiltərə təmsilçisinə 1:6 hesabı ilə məğlub oldu.

media-banner_tuq

***

72-ci dəqiqədə Murfi komandasının 6-cı qolunu vurur.

***

54-cü dəqiqədə Elvin Cəfərquliyev topu tora ötürür.

***

Matçda beşinci qol vurulub.

***

34-cü dəqiqədə Qordon het-trik edir.

***

32-ci dəqiqədə Qordon penalti zərbəsini dəqiq yerinə yetirərək dubla imza atır.

***

9-cu dəqiqədə Malik Tşau hesab arasında fərqi artırır.

***

3-cü dəqiqədə E.Qordon hesabı açır.

***

Matç başladı.

***20:48

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və İngiltərənin “Nyukasl” kollektivlərinin start heyətləri bəlli olub.

Yenicag.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Nyukasl”: Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.

Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05