Bu mövsüm UEFA Çempionlar Liqasında ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” cari mövsümdə 15.7 milyon avro qazanıb. Ağdam klubu bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.
“Qarabağ” bu siyahıda Almaniyanın “Borussiya” (Dortmund), Fransanın “Monako”, Portuqaliyanın “Benfika” və Hollandiyanın “Feyenoord” klublarını geridə qoyub.
Siyahıya 33,59 milyon avro ilə İngiltərənin “Liverpul” klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi “Mançester Siti” Almaniyanın “Bavariya” klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşürlər.