“Qarabağ” bu gün iki dəfə “Tvente” ilə oynayacaq

media-hightechnic-468x90

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” komandası bu gün növbəti yoxlama oyunlarını keçirəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ağdam klubu “Tvente” ilə qarşılaşacaq. Niderland təmsilçisi ilə iki görüş baş tutacaq.

Kaprun stadionunda təşkil olunacaq matçlar Bakı vaxtı ilə saat 17:00 və 19:15-də start götürəcək.

“Köhlən atlar” Avstriyadakı ilk yoxlama qarşılaşmasında Ukraynanın “Metallist 1925” kollektivinə 4:5 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ”ın iyulun 2-də başlayan Avstriya toplanışı ayın 16-dək davam edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05