“Qarabağ” bu gün “Zirə” ilə qarşılaşacaq

media-hightechnic-468x90

“Qarabağ” Misli Premyer Liqasının XXI turunda bu gün “Zirə” ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.

Matç saat 19:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan “Zirə” üçüncüdür.

Misli Premyer Liqası

III dövrə, XXI tur

2 fevral

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev

VAR: Rauf Cabbarov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı 3:2, “Neftçi” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Turan Tovuz” – “Səbail”ə 1:1, “Sumqayıt” isə “Araz-Naxçıvan”la 0:0 hesabı ilə bərabərə qalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600