"Qarabağ" tarix yazdı: Bakıda "Çelsi"yə aman vermədi - VİDEO / YENİLƏNDİ

media-hightechnic-468x90

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda “Çelsi” (İngiltərə) ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca “köhlən atlar” iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə “zadəganlar” məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın “Napoli” kollektivinin qonağı olacaq.

***

Rəqib 51-ci dəqiqədə hesabı bərabərləşdirir.

***

Marko Yankoviç penaltini dəqiq yerinə yetirir.

***

Bərabərlik qolunu 29-cu dəqiqədə Leandro Andrade vurur.

***

“Çelsi” hesabı açıb.

***

Matç başladı.

***20:40

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda üz-üzə gələcək “Qarabağ” və İngiltərənin “Çelsi” kollektivlərinin start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Çelsi”: Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa