Filippində “Kalmaegi” qasırğası qurbanlarının sayı artdı

media-hightechnic-468x90

Çərşənbə axşamı Filippində tüğyan edən “Kalmaegi” qasırğası nəticəsində 110-dan çox insan ölüb.

Yenicag.az xəbər verir ki, təbii fəlakət nəticəsində azı 111 nəfər həlak olub. Ölüm hallarının çoxu eyniadlı adada yerləşən mərkəzi Sebu əyalətində qeydə alınıb.

Qeyd olunur ki, əyalətdə “görünməmiş” daşqınlar baş verib, sel suları avtomobilləri və çay kənarındakı daxmaları aparıb. Ölənlərin sayı arta bilər.

Xilasedicilərin sözlərinə görə, ən təhlükəli ərazilərdən 800 min nəfər təxliyə edilib.

Gündüz “Kalmaegi”də küləyin sürəti 170 km/saata çatıb ki, bu da onu “Saffir-Simpson” qasırğası miqyasında ikinci kateqoriyanın tayfunu edib. Qarısğa Filippindən Vyetnama doğru gedir.

Daha əvvəl Filippində 93 nəfərin öldüyü bildirildi./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa