Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qarabağ” çempion!!!

Reklam: High Technic

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, ikinci oyun günündə çərçivəsində 3 qarşılaşma baş tutub.

Öncə meydana çempionatın autsayderləri çıxıb. “Səbail” “Keşlə”yə təhvil verdiyi 6-cı pilləni qaytarmaq, “Kəpəz” isə xal hesabını artırmaq üçün mübarizə aparıb. Sonda komandalar hərəyə 1 qol vurduqları oyundan 1 xalla ayrılıblar.

Turun son iki oyunu isə eyni saatda başlayıb. Bu da çempionluğun taleyinin həll olunmaq ehtimalı ilə bağlıydı.

Belə ki, Sumqayıtda eyniadlı komandanın qonağı olan “Qarabağ” qızıl medalları sona 4 tur qalmış təmin edə bilərdi. Bunun üçün Qurban Qurbanovun yetirmələrinə qələbə qazanmaq lazım idi. Ağdam klubu buna yeganə qolla nail olub və vaxtından öncə qızıl medalları təmin edib.

“Qəbələ”nin “Neftçi” ilə matçdakı xal itkisi də çempionun rəsmiləşməsi baxımından önəm daşıyırdı. “Qırmızı-qaralar” 2-ci pillədəki mövqeyini qorumaq üçün qalib gəlməliydisə, “Neftçi” “Zirə”nin xal itkisindən yararlanıb irəliləmək niyyətindəydi. Paytaxt klubu bu şansdan maksimum yararlanıb.

Azərbaycan Premyer Liqası
24-cü tur
22 aprel

“Sumqayıt” – “Qarabağ” – 0:1
Qol: Dani Kintana, 34
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
Sumqayıt. Şəhər stadionu.

“Neftçi” – “Qəbələ” – 1:0
Qol: Ruslan Abışov, 4.
Qırmızı vərəqə: Emin Mahmudov, 62 (ikinci sarı vərəqə).
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
Bakı. 8-ci km qəsəbə stadionu.

“Səbail” – “Kəpəz” – 1:1
Qollar: Faruk Miya, 24 – Dario Federiko, 19
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
Bakı. “Bayıl Arena”.

www.yenicag.az

1522
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100