“Qarabağ” dünya reytinqində 13 pillə irəliləyib

media-hightechnic-468x90

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

IFFHS-nin rəsmi saytı xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın üç təmsilçisi düşüb.

13 pillə irəliləyən “Qarabağ” (176,5 xal) 48-ci sırada yer alıb. Bir mövqe irəliləyən “Neftçi” (62 xal) 377-ci, 4 sıra addımlayan “Sabah” (58,75 xal) isə 413-cüdür.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600