!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ ətrafında qeyri-müəyyənliyin bundan artıq davam etməsi mümkün deyil” - Ekspert

!Reklam – Yazi

“Hesab edirlər ki, Ermənistan üzünü Qərbə doğru çevirməklə, mövcudluğuna görə borclu olduğu Rusiyaya xəyanət edib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya həftəsonu planlaşdırılan səfərinin danışıqlar prosesinin bərpasına mümkün təsirini dəyərləndirən politoloq Əlabbas Məhərrəmov deyib.

Əlabbas Məhərrəmov qeyd edib ki, Ermənistanda bu ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra Qarabağ münaqişəsinin nizamlanması prosesində yaranan durğunluq nəhayət, aradan qaldırılmalıdır:
“Prezident İlham Əliyevin Rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetirildiyi məlumdur. Rusiya prezidenti Moskvanın münaqişənin sülh yolu ilə nizamlanmasına dəstək verməkdə davam edəcəyini bir daha bildirdi. Əslində, Qarabağ münaqişəsinin yaranması və bu həddə çatmağında Moskvanın rolunu hər kəs bilir. Ancaq Putinin bu dəfəki “dəstək” bəyanatınıın ənənəvi qaydada anlaşılması doğru olmazdı.

Çünki bu ilin mayında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn baş nazir Nikol Paşinyan özü barəsində “Qərbin adamı” imicini formalaşdırıb. Eyni zamanda, Paşinyanın hakimiyyətə gəlişində Qərbin ciddi rol oynadığı deyilir. Ermənistan baş nazirinin və digər rəsmilərinin Rusiya əleyhinə səsləndirdikləri bəyanatlar isə İrəvanın Moskvanın təsirindən çıxmaq niyyətinin təzahürü kimi qiymətləndirilir.

Bu isə təbii ki, Ermənistanı regionda əsas tərəfdaşı və hətta vassalı kimi görən Rusiyanı əks addımlara sövq edir. Kremlin bu məsələdə ən azı görüntü xatirinə təmkinini qoruyub saxlamasına baxmayaraq, Paşinyanın Qərbyönümlü siyasəti Rusiyanın ictimai rəyində kəskin reaksiyalar doğurub və buna görə İrəvanın cəzalandırılması tələbi intensivləşir. Hesab edirlər ki, Ermənistan üzünü Qərbə doğru çevirməklə, hazırda dünyanın siyasi xəritəsində yer alması və bugünkü mövcudluğuna görə borclu olduğu Rusiyaya xəyanət edib.

Bu əhval-ruhiyyənin gücləndiyi ərəfədə Azərbaycan və Rusiya prezidentlərinin məhsuldar keçən görüşü Ermənistanda narahatlıq yaratmaya bilməz. O baxımdan, Paşinyanın Rusiyaya planlaşdırılan səfəri daha çox “sığortalayıcı” gediş kimi qəbul edilə bilər. Şübhə yoxdur ki, bu səfər Rusiya-Ermənistan münasibətlərinin indiki durumuna böyük ölçüdə aydınlıq gətirməklə yanaşı, həm də Moskvanın Qarabağ münaqişəsinin nizamlamasına hansı yöndən təkan verəcəyini göstərəcək. Bütün hallarda nəzərə alınmalıdır ki, Qarabağ ətrafında qeyri-müəyyənliyin bundan artıq davam etməsi mümkün deyil. Ermənistan nəhayət, bunu anlamalıdır”.

A.Zeynalov

www.yenicag.az

1131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv