Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransına qatılan danimarkalıların baş məşqçisi Stale Solbakken əməkdaşımızın da suallarını cavablandırıb.
– Hesabdan başqa nədən narazı qaldınız?
– Son 30 dəqiqədən narazı qaldım.
“Qarabağ”dan belə oyun gözlıyirdinizmi?
– Bəli, gözləyirdim. 60 dəqiqə bərabər oyun getdi. Ancaq son 30 dəqiqə üstün olan tərəf “Qarabağ” idi.
– Cavab oyunu öncəsi şanslarını necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, “Qarabağ” favoritdir. Rəqib səfərdə bizə qol vursa, böyük üstünlük qazanmış olacaq.
– “Qarabağ” azarkeşləri Çempionlar Liqasının haqqını verdimi? Nəzərə alaq ki, ÇL himni Bakıda ilk dəfə idi ki, səsləndirilirdi…
– Böyük oyun olduğu hiss olunurdu. Azarkeşlər “Qarabağ”a böyük dəstək oldular.
Emin
www.yenicag.az