"Qarabağ" futbolçuları Dublinə çatdı - FOTO

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelbrun”la qarşılaşacaq “Qarabağ” bu gün İrlandiyaya yollanıb.

Yenicag.az xəbər verir ki, komanda təxminən 6 saat yarımlıq uçuşdan sonra paytaxt Dublinə çatıb.

Ağdam klubunun bu günə məşqi nəzərdə tutulmayıb. Sabah Dublin vaxtı ilə saat 18:45-də (Bakı vaxtı ilə 21:45) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da isə komandanın “Tolka Park” arenasında məşqi keçiriləcək.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Şelburn” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05