“Qarabağ” – “Kəpəz” oyununun məkanı dəyişdirildi

media-hightechnic-468x90

Misli Premyer Liqasının XXVII turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” oyununun yeri dəyişdirilib.

Yenicag.az xəbər verir ki, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək.

Bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edilib.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib.

Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa