!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ klanı”nın yaratdığı, Paşinyanın davam etdirdiyi FAŞİZMƏ RƏĞBƏT: “Dünya səssiz qaldıqca...”

!Reklam – Yazi

“Terrorçuların hakimiyyətə gəlişi Ermənistanda gerçək faşist rejiminin yaranmasına yol açdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanda “Qarabağ klanı” tərəfindən yaradılmış faşist rejiminin mahiyyətini şərh edən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

AXDP sədrinin sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti də əvvəlki rejimin siyasətini davam etdirməkdədir:

“Ermənilərin tarix boyu hansı mahiyyət kəsb etdikləri bütün dünyaya məlumdur. Ancaq təəssüf ki, müxtəlif dövrlərdə dünyada söz sahibi olan dövlətlər ermənilərin xain xislətini bilsələr də, öz maraqlarının təmin olunmasında onların xidmətlərindən gen-bol yararlanıblar. Yəni ermənilər hər zaman böyük güclərin istifadə etdikləri “maşa” olublar və bu gün də həmin funksiyanı yerinə yetirirlər.

Bu xislət hərdən elə ifrat həddə çatır ki, ermənilər “milli maraq” pərdəsi altında hətta bir-birilərinə də qarşı çıxırlar. İşğalçı ölkədə 1998-ci ildə baş vermiş faktik dövlət çevrilişindən sonra hakimiyyət “Qarabağ klanı”nın əlinə keçdi. Bununla da Azərbaycana qarşı separatçı hərəkatda iştirak edən, bizə qarşı müharibənin iştirakçısı olan, Xocalı Soyqırımının törədilməsində birbaşa əli olanlar Ermənistanda hakimiyyətə yiyələndilər.

Terrorçuların hakimiyyətə gəlişi Ermənistanda gerçək faşist rejiminin yaranmasına yol açdı. Bu rejim Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına imkan verməməklə yanaşı, Ermənistanın daxilində də cəmiyyəti hiddətləndirən siyasət yürütməyə davam etdi. Ermənistanda prezident postunda Robert Koçaryanı əvəz edən “Qarabağ klanı”nın başqa təmsilçisi, qatil Serj Sarkisyan da öz sələfinin siyasətinə sadiq qaldı.

Məhz Sarkisyanın hakimiyyətdə olduğu müddətdə faşist Qaregin Njdeyə abidə ucaldıldı və Ermənistan rəhbərliyi bununla öz mahiyyətini bir daha ortaya qoydu. Amma 2018-ci ildə guya “demokratik inqilab”la hakimiyyətə gələn Nikol Paşinyan da özünün faşizmə rəğbətini gizlətmir və Njdeyə abidə qoyulmasını alqışlayır. Hər halda, bütün bunlar beynəlxalq aləmin Qarabağ məsələsində olduğu kimi, faşizmə rəğbət məsələsində də Ermənistana ciddi təzyiq göstərməməsinin nəticəsidir. Amma şübhə yoxdur ki, bu siyasət ermənilərə baha oturacaq”.

Aqil Bəkir

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv