!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”-“Linkoln” qarşılaşması: “Komandamızın turu keçəcəyini tam əminik”

!Reklam – Yazi

“Komandamızın əsas üstünlüyü yay transfer dövründə futbolçularına təkliflər olmasına rəğmən heyəti qoruyub saxlaması oldu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaq “Qarabağ”-“Linkoln” matçını dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, “Qarabağ” “Linkoln”dan səviyyəcə üstün komandadır:

“Qarabağ”ın turu keçəcəyinə heç bir şübhəm yoxdur. İlk görüşdən belədir. Səfərdəki 2-0-lıq inamlı qələbədən sonra komandamızın turu keçəcəyini tam əminliklə deyə bilərik. “Qarabağ” “Linkoln”dan səviyyəcə üstün komandadır. Onlar bunu birinci matçda da sübut etdilər. Komandamızın əsas üstünlüyü yay transfer dövründə futbolçularına təkliflər olmasına rəğmən heyəti qoruyub saxlaması oldu. Bu heyət vaxtilə “Braqa”nı keçmişdi, “Bayer Leverkuzen” kimi nəhəng komandanı son saniyələrə qədər çətin vəziyyətdə saxlamağı bacarmışdı. Düşünürəm ki, “Qarabağ” çox güclüdür. Bu ifadəni işlətmək bir futbol azarkeşi, idman jurnalisti olaraq çox xoşdur. Komandamız nəinki 3-cü təsnifat mərhələsinin, hətta pley-off mərhələsinin də favoritlərindən biridir”.

K.Məstəliyev qeyd edib ki, azarkeşlər futbol üçün darıxıblar:

“Xüsusilə də, həm “Qarabağ”, həm “Zirə”, həm də “Sabah”ın ötən oyunlardakı inamlı qələbələrindən sonra azarkeşlərdə uğurlu nəticələrə inam da artıb. “Qarabağ”ın belə uğurlu nəticələrə imza atmasının daha yaxın tərəf olduğunu nəzərə alsaq, stadionu doldurmağa çalışacaqlar. Fikrimcə, matça 20 mindən çox azarkeş gələcək. Təsnifat mərhələsinin ilk oyunu olmasını nəzərə alsaq, stadiona bu qədər futbolsevərin cəlb olması komandamıza olan inamdan irəli gəlir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv