“Qarabağ” – “Ludoqorets” matçına 20 mindən çox bilet satılıb

media-hightechnic-468x90

“Qarabağ”ın Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 23000 bilet satılıb.

Bu barədə Yenicag.az-a Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün satışa 30000-ə yaxın bilet çıxarılıb.

Qeyd edək ki, avqustun 6-da reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 13-də olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600