Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari İşbirliyi Daimi Komitəsi Nazirlər Kabinetinin 33-cü sessiyasından sonra Azərbaycan Televiziyasının müxbirinin sualını cavablandırıb.
Yenicag.az xəbər verir ki, müxbirin, “Soçiyə gedirsiniz? Dağlıq Qarabağ münaqişəsi də gündəminizdədir?” sualına cavab olaraq Ərdoğan deyib:
“Keçən səfərimdə də Dağlıq Qarabağı müzakirə etdik. Bununla bağlı Putin əlindən gələni etməyə çalışdığını söylədi. Mən bu 5 rayon məsələsinə daha həssas yanaşmalarını bildirmişdim… Çünki artıq müddət 30 ilə doğru gedir.. Regionda bu problemi həll edə biləcək qüvvə Rusiyadır. Bu görüş zamanı da ilk fürsət də bu mövzunu təkrar gündəmə gətirəcəm. Dağlıq Qarabağ məsələsi bizim də xüsusi məsələmizdir. Bunu bir kənara qoya bilmərik” deyib.
www.yenicag.az