Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağ münaqişəsinin həlli: “Regionda böhran yaranmasa...” - Politoloq

“Qarabağ münaqişəsinin birdəfəlik həlli regionda yarana biləcək böhranlı vəziyyətdən asılıdır”.

Yenicag.Az xəbər verir ki, qeyd olunan fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bu gün keçirtdiyi ənənəvi brifinqdə səsləndirib.

Əhmədoğlu bildirib ki, Ermənistan Qarabağ münaqişəsinin ədalətli həllinə müqavimət göstərməkdə davam edir:

“Ermənistan hakimiyyəti yerli ictimai rəydə Rusiyanın Azərbaycana qarşı kəskin mövqe tutduğu görüntüsünü yaratmağa çalışır. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi də bu aspektdən şərh olunur.

Ancaq əslində, Rusiyanın Azərbaycan əleyhinə siyasət yürütdüyünə dair iddialar əsassızdır. Düzdür, ÜAK-ın qeydiyyatının ləğvi adi məsələ deyil. Lakin Azərbaycan da bu addımın qarşısında öz sözünü dedi. Hər halda, Azərbaycanın son illərdə ilk dəfə Sankt-Peterburq İqtisadi Forumuna qatılmaması Bakının o hadisəyə adekvat cavabı idi.

Qarabağ danışıqlarına gəldikdə isə aprelin 28-də Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilmiş görüşündən sonra verilən açıqlama çox ciddi məqama aydınlıq gətirdi. O görüşdən təqribən bir həftə sonra Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov bu məsələyə münasibət bildirdi. Novruz müəllim dedi ki, münaqişənin həlli üçün Azərbaycan və Rusiya Ermənistana təzyiq göstərir. Bu, çox mühüm detaldır və o deməkdir ki, Bakı ilə Moskva münaqişənin aradan qaldırılmasında eyni mövqedədirlər.

Serj Sərkisyan isə hakimiyyətdə olacağı müddətin sonuna qədər Qarabağ münaqişəsində güzəştə getməmək yolunu tutub. O, hazırda parlament üsul-idarəsinə keçəcək Ermənistanda özünə sadiq kadrların yüksək vəzifələrə yerləşdirilməsi ilə məşğuldur.

Ümumiyyətlə, proses göstərir ki, Qarabağ münaqişəsinin həlli dinc şəraitdə mümkün olmayacaq. Mən də o fikirdəyəm ki, Qarabağ münaqişəsinin birdəfəlik həlli regionda yarana biləcək böhranlı vəziyyətdən asılıdır. Yəni mövcud vəziyyət bu qənaəti möhkəmləndirir”.

A.Zeynalov

Yenicag.az

www.yenicag.az

548
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100