!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Neftçi”ni məğlub etdi

!Reklam – Yazi

Misli Premyer Liqasının XXIII turundakı “Neftçi” – “Qarabağ” oyunu başa çatıb.

Yenicag.az xəbər verir ki, “Neftçi Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. “Köhlən atlar”ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. “Ağ-qaralar” 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk matçında “Turan Tovuz” evdə “Araz-Naxçıvan”dan üstün olub – 1:0.

Ötən gün “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq./Report/

www.yenicag.az

171
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv