Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağ qazisi vəfat etdi - FOTOLAR

Bir müddət əvvəl “Grand Hospital”da həkimlər tərəfindən incidilən 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu vəfat edib.

Bu barədə qaziler.az saytına “Qarabağ qaziləri” Birliyinin Ağdam filialının sədri Şamil Əbilov məlumat verib.

Qazimiz Bərdə rayonunun Küsərli kənd qəbiristanlığında dəfn edilib. Dəfndə R.Abbasovun yaxınları, Qazi qardaşları iştirak edib.

R.Həsənov 1968-ci ildə Ağdam rayonu Kosalı kəndində anadan olub. Ağır döyüş yolu keçən Qazimiz bir ayağını cəbhədə itirib. Son zamanlar ağır ürək əməliyyatı keçirib. Hər iki böyrəyi fəaliyyətini itirmişdi. Sağ qalan ayağında isə çürümə gedirdi. Bir müddət əvvəl “Grand Hospital”da həkim tərəfindən aldadılaraq ayağında uğursuz əməliyyat aparılmışdır və bunun müqabilində Qazidən 3212 manat alınmışdır. “Qarabağ qaziləri” birliyi müdaxilə edəndən sonra Qazinin pulu tam şəkildə özünə geri qaytarılıb.

Qarabağ qazisi köçkün kimi Bərdə rayonunun Qarayusifli kəndində məskunlaşmışdı. İki övladı yadigar qalıb.

www.yenicag.az

287