“Qarabağ” – “Qəbələ” oyununda qapılara qol vurulmayıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Yeniçağ.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda lider “Qarabağ”la ən yaxın izləyicisi “Qəbələ”ə üz-üzə gəlib.
Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 53-ə, “Qəbələ” isə 49-a çatdırıb.
XXV tura aprelin 10-da keçiriləcək “Zirə” – “İnter” və AZAL “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
Bu gün baş tutan açılış matçında “Kəpəz” Gəncədə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.
“Qarabağ” – “Qəbələ” 0:0
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk 3 dövrədəki oyunlar – 0:2, 2:1, 0:2 (Report)
Yeniçağ.Az