Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” növbəti transferini həyata keçirib.
Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı qapıçı Vaqner da Silvanı heyətinə qatıb. 32 yaşlı qolkiperlə müqavilənin müddəti və digər detallar hələlik açıqlanmır.
Qeyd edək ki, son mövsümü icarə əsasında Portuqaliya “Boavişta”sında keçirən da Silva müqavilə ilə Belçikanın “Muskron” klubuna məxsusdur. Braziliyada “Atletiko Paranaense”, “İtuano”, “Desportivo Brasil” komandalarının şərəfini qorumuş qapıçı 2010-2015-ci illərdə Portuqaliyada “Eştoril”in formasını geyinib.
Xatırladaq ki, “Qarabağ” bundan öncə Filip Ozobiç, Rahil Məmmədov, Abdulla Zubir, Hannes Halldorsson və Simeon Slavçevi transfer edib.
www.yenicag.az