Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ" və "Neftçi" növbəti mərhələdə!

Reklam: Sinerji Pro

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Son ölkə kubokunun qalibi “Qarabağ” “Azərsun Arena”da divizion təmsilçisi “Qaradağ Lökbatan”ı qəbul edib. Gözlənildiyi kimi, ağdamlılar zəif rəqibi üzərində qələbə qazanıb – 2:0. Bu nəticədən sonra Qurban Qurbanovun komandası 1/4 final mərhələsinə yüksəlib.

“Neftçi” isə digər aşağı liqa təmsilçisi “Zaqatala”nı qəbul edib. “Ağ-qaralar” bu görüşdə 5:0 hesabı ilə qalib gələrək mərhələ adlayıblar.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.  Mərhələnin digər oyuunnları isə sabah keçiriləcək.

Azərbaycan kuboku
1/8 final
28 noyabr

“Qarabağ” – “Qaradağ Lökbatan” – 2:0
Qollar: Əfran İsmayılov, 58. Pedro Enrike, 81.
“Azərsun Arena”

“Neftçi” – “Zaqatala” 5:0
Qollar: Daniel Seqoviya, 8; 35; 54. Uqo Barqas, 50. Emin Mahmudov, 59.
8-ci km qəsəbə stadionu

29 noyabr (çərşənbə)

13:30. “Şüvəlan” – “Səbail”
“AZAL Arena”

13:30. MOİK – “Keşlə”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

13:30. “Kəpəz” – “Binə”
“Dalğa Arena”

14:00. “Qəbələ” – “Mil-Muğan”
Qəbələ şəhər stadionu

16:00. “Sumqayıt” – “Sabah”
Sumqayıt şəhər stadionu

16:00. “Zirə” – “Xəzər”
Zirə İdman Kompleksinin stadionu

www.yenicag.az

2068
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM