Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağa minatəmizləmə əməliyyatları ilə bağlı 8 ambulans göndərildi - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirilib.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, qalib şirkət olan “Sun Cars” MMC tərəfindən ANAMA-ya 10 ədəd tibbi yardım maşınlarının təhvil veriləcəyi nəzərdə tutulub.

Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. 8 ədəd ambulans hazırda Agentliyə təhvil verilib, növbəti 2 ədəd cari ilin 20 oktyabr tarixinədək işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.

Yeni gətirilən UAZ-396295-550 markalı tibbi yardım nəqliyyat vasitələri (4×4) ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, yorğan, onurğa zədələri üçün xərək, oksigen balonu kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin və təcili tibbi yardımın göstərilməsinə imkan verir.

Humanitar minatəmizləmə fəaliyyətində sahə işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələrinin əməliyyatlar icra edilən sahələrdə mövcudluğu vacib amillərdən biridir.

Sahədə baş verə biləcək travmalar, xəsarətlər zamanı zərərçəkənlərə vaxtı-vaxtında ilkin yardım göstərən ANAMA paramedikləri bədbəxt hadisələr zamanı çevik davranışın təşkili üzrə bilik və təcrübəyə malikdirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçilərinin tibbi və fərdi qəza sığortası PAŞA Sığorta şirkəti tərəfindən təmin edilir.

www.yenicag.az

124
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100