Qarabağa xərclənən vəsaitin məbləği 4 milyard manatı keçdi

media-hightechnic-468x90

İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına 4,4 milyard manat vəsait xərclənib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Qarabağda nəhəng layihələrin icrası davam etdirilir”, – deyə o, qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.

Bu xərclərin növbəti ildə büdcə xərclərində xüsusi çəkisi 9%, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2,8% təşkil edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05