!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağda parad keçirməyə mənəvi-hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir” – Samir Əsədli

!Reklam – Yazi

“Başda Rüstəm Muradov olmaqla, bu şəxslərə izah etmək lazımdır ki, onların funksiyası yalnız bölgədə hərbi qarşıdurmaya yol verməməkdən ibarətdir”.

Qarabadakı Rusiya hərbçiləri 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsini qeyd etmək üçün 9 may paradına hazırlıqlara başlayıblar. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi aeroportunda təlimlərə 400-dək hərbçi cəlb olunub. Planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstə iştirak edəcək. Azərbaycan ərazisində xarici ölkə hərbçilərinin parad keçirməsi, ümumiyyətlə, sülhməramlı adlanan hərbi birləşmənin yolverilməz fəaliyyəti sərt təpki ilə qarşılanıb.

Yenicag.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Qarabağdakı Rusiya hərbi kontingentinin bu kimi davranışları Azərbaycan suverenliyinin tam əleyhinədir:

“Qarabağda sülhməramlı adı ilə yerləşdirilən rus hərbçiləri gerçək missiyasını unudaraq özlərini Abxaziyada, Krımda olan həmkarları kimi aparırlar. Başda Rüstəm Muradov olmaqla, bu şəxslərə izah etmək lazımdır ki, onlar Azərbaycan ərazisindədirlər və funksiyaları yalnız bölgədə hərbi qarşıdurmaya yol verməməkdən ibarətdir.

Rus hərbçisinin Xankəndində parad keçirməsi Sisyanov, Yazovdan başlanan imperalist rus düşüncəsinin təzahürüdür. Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”.

Samir Əsədli qeyd edib ki, rus hərbi kontingentinin bu hazırlığı Azərbaycan cəmiyyətində kəskin narazılıq doğurub:

“Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var. Axı bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir? Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu, Mandatdır.

Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq, ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin Bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, Parlament tərəfindən təsdiqlənir.

2020-ci il noyabrın 10-dan sonra bu olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır.

Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb. Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədəuyğundur, çünki bu halda ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı”.

VHP funsioneri mövcud situasiyanın Azərbaycandakı vətəndaş həmrəyliyinə ciddi təhdid olduğunu vurğulayıb:

“Belə bir hüquqi qeyri-müəyyənlik İkinci Qarabağ Savaşı dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır. Savaş dövründə ölkənin bütün siyasi qüvvələrinin eyni ümummilli mövqedə dayandığının şahidi olduq.

Amma indi 3-5 rus əsgərinə görə Qarabağ məsələsində fikir ayrılığı yarana bilər. Hazırki halda Rusiyanın təkbaşına sülhməramlı adı altında qoşunlarını Qarabağa yerlışdirməsi işğal sayılır. Rusiyanın Qarabağa bu qədər sərmayə yatırtmasında nə marağı var?

Eyni zamanda, Rusiyanın Qarabağa nə gətirməsinə, nə tikmısinə bizim nəzarət mexanizmimiz yoxdur. Bu, Rusiyanın öz qanunvericiliyinə də ziddir, Dövlət Dumasında və federasiya şurasında hələ də təsdiq olunmayıb. Rusiyadan fərqli olaraq, Türküyə, bütün qanunvericiliyə uyğun olaraq, TBMM-in qərarı ilə öz hərbiçilərini ölkəmizə göndərib”.

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv