“Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
Yenicag.az xəbər verir ki, II təsnifat mərhələsinin “Linkoln”la ev görüşünü Macarıstan təmsilçiləri idarə edəcək.
İyulun 23-dəki qarşılaşmanın baş hakimi İştvan Vad olacaq. Ona Vencel Tot və İstvan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bence Şonka yerinə yetirəcək.
Qeyd edək ki, Cəbəllütariqdəki “Europa Point Stadium”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
www.yenicag.az