!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın doğma meydanda məğlubiyyətsiz oyunlar seriyası başa çatdı

!Reklam – Yazi

“Qarabağ”ın qitə kuboklarında doğma meydanda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi 14 qarşılaşmadan sonra meydanı məyus tərk edib.

Qurban Qurbanovun yetirmələri ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniyanın “Bayer 04” klubuna 0:1 hesabı ilə uduzub.

“Qarabağ” son dəfə avrokuboklarda dogma azarkeşləri önündə Fransa “Marsel”inə 2022-ci il fevralın 24-də məğlub olub – 0:3. Bu görüş UEFA Konfrans Liqasının pley-off mərhələsində baş tutub.

Qeyd edək ki, “köhlən atlar” 633 gündən sonra ev oyununda məğlubiyyətlə barışıb. Ağdam təmsilçisi arxada qalan müddətdə avrokuboklarda dogma meydanda keçirdiyi 14 matçın 8-də qələbə qazanıb, 6-da heç-heçə edib.

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv