!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın futbolçusu milli komandada qol vurdu - VİDEO

!Reklam – Yazi

Futbol üzrə Albaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.

Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də formasını geyindiyi bu kollektiv G qrupunda 7-ci tur çərçivəsində doğma meydanda Lixtenşteynlə qarşılaşıb. Oyun albanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ansi də bu görüşün iştirakçısı olub. Millini meydana kapitan kimi çıxaran Ağdam klubunun müdafiəçisi sonadək oynayıb. Komandasının ikinci qolunu da 78-ci dəqiqədə məhz Aqolli vurub.

Albaniya 7 oyuna topladığı 12 xalla G qrupunun 16 xala malik liderləri İspaniya və İtaliyadan sonra 3-cü pillədə qərarlaşıb.

Yenicag.az

www.yenicag.az

854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv