Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qarabağ”ın oyunçusu əməliyyat olundu – Onun əvəzinə …

Reklam: Sinerji Pro

Bir müddət öncə AZAl-la baş tutan oyunda ciddi zədə alan “Qarabağ”ın oyunçusu Dani Kintana əməliyyat olunub.

Bu barədə Yeniçağ.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, yarımmüdafiəçinin əməliyyatı vətəni İspaniyada baş tutub:

“Hazırda futbolçumuzun vəziyyəti yaxşdır. Əməliyyat olunduğuna görə o 5-6 ay yaşıl meydanlardan uzaq qala bilər.

Təbii ki, baş məşqçinin onu əvəzləyəcək əlində başqa oyunçuları da var”.

Xatırladaq ki, fevralın 3-ü Topaz Premyer Liqanın 16-cı turunun AZAL-la oyununda ispan futbolçunun diz bağları qopub.

Yeniçağ.az

www.yenicag.az

443