Rusiya prezidenti Vladimir Putinin ən böyük xidməti onun ölkəni böhrandan xilas etməsidir.
Bunu SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov deyib.
Qorbaçov Rusiya vətəndaşlarına səslənib: “Hesab edirəm ki, bütün Rusiya vətəndaşları başa düşməlidilər ki, Putin ölkəni tənəzzüldən xilas etdi. Rusiyanın vəziyyəti daha da ağır ola bilərdi”.
Onun fikrincə, Putin Rusiyanı növbəti böhrandan xilas etməklə tarixi iş görüb.
“Belə bir böhran mənim prezident olduğum dönəmdə də baş vermişdi. Lakin mən bununla baş edə bilmədim. Çox lovğalandım. Hesab edirdim ki, hər şeyi nəzarət altında saxlaya bilərdim”, deyə Qorbaçov bildirib.
(anspress.com)
www.yenicag.az