!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qardaşı qardaşdan ayıran Samirə Yusifqızı Oqtayı kimə dəyişdi? - VİDEO

!Reklam – Yazi

2023-cü il meyxana aləmində qalmaqalla başlayıb.

Ehtiram-İntiqam qardaşları işbirliklərinə son verib. Qardaşı qardaşdan ayıran Samirə Yusifqızı duet ortağı Oqtay Kamilə əlvida deyərək, meyxanaçı Ehtiramla birləşib.

Yenicag.az-a açıqlama verən Samirə Dovşan ilində şou-biznesə meydan oxudu:

“Gəlirəm, özü də necə gəlirəm. Pələng ilində topladığım güc-qüdrətlə Dovşan ilində gündəmi alt-üst edəcəm. Ehtiramla işbirliyimiz Rusiyada başladı. Mən Oqtaya dedim gedək Rusiyaya. Gəlmədi, mən kənar yerdə çox qala bilmirəm dedi. Özü bilər. Biz də Ehtiramla birləşdik. İndi Rusiyanın bütün şəhərlərini gəzirik. Ehtiram gözəl insandır, işini də gözəl biləndir. O şəhərdən girib, bu şəhərdən çıxırıq. Yeni musiqili meyxanalarımız gəlir. Yarı rus və yarı Azərbaycan dilində yeni meyxanalarımızla şou aləmdə partlayış edəcəyik. Samirə dediklərini sözdə yox, əməldə yerinə yetirənlərdəndir, deyir və edir”

Bu işbirliyi onunla Oqtay Kamil arasında düşmənçiliyə səbəb olacaqmı?

“Yox, ondn küsməmişəm. Oqtay məndən, mən ondan asılı deyiləm. Hərəmizin öz işi var. Ürəyi istəsə, yenə də işbirliyimiz olacaq. Bəlkə gələcəkdə üçlük də ola bilər; Oqtay, Ehtiram və Samirə Yusiyqızı. Hər şeyi zaman göstərər”.

Samirənin İntiqamla Rusiyada çəkilən videosunu da təqdim edirik:

Cəvahir

www.yenicag.az

1693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv