Qarət etdiyi mağazanı yandırdı

media-hightechnic-468x90

загруженноеYevlaxda qarət etdiyi mağazanı yandıran şəxslər tutulub.

Oktyabrın 15-ə keçən gecə Yevlax rayonunun Aşağı Bucaq kəndində kənd sakini Elnur Kərimova məxsus mağazada yanğın baş verib. Nəticədə 12 kv/m sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanıb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tərəfindən ərzaq məhsullarının oğurlanması və sonradan yandırılması müəyyən edilib və onlar tutulublar.

A. Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600