Qarışqalarla bağlı tədqiqat alimləri ŞOK ETDİ

media-hightechnic-468x90

Bristol Universitetinin alimləri müəyyən ediblər ki, qarışqalar xəstəlik təhlükəsi zamanı yuvalarının quruluşunu dəyişdirərək “sosial məsafə” tətbiq edirlər.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırmanın nəticəsi “Science” elmi jurnalında dərc olunub.

Tədqiqat zamanı 180 qarışqadan ibarət iki qrup ayrı mühitlərdə yuva qurub. Qruplardan biri patogenlərlə təmasda saxlanılıb. Mikro-BT skanları göstərib ki, xəstəliyə məruz qalan qarışqalar daha uzun tunellər, az giriş və bölmələr arasında zəif əlaqələr olan yuvalar qazır.

Simulyasiyalar nəticəsində bu memarlıq dəyişikliklərinin xəstəliyin yayılmasını azaltdığı sübut edilib.

Araşdırmanın müəlliflərindən Lyuk Lekki bildirib ki, bu, insan olmayan canlıların xəstəliklərin yayılmasının qarşısını almaq üçün yaşayış məkanlarını dəyişdirdiyini ilk dəfə sübut edən tədqiqatdır.

Alimlər əlavə ediblər ki, qarışqaların həm memarlıq, həm də sosial davranış vasitəsilə “epidemiya ilə mübarizədə sinerji” yaratdığı müşahidə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa