Dərya qarpızdan zəhərlənməyib - Rəsmi açıqlama /YENİLƏNDİ

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunurdu. 

Qida Təhlükəsizliyi Agentliyindən Yenicag.az-a bildirilib ki, qida zəhərlənməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

“Bəzi xəbər saytlarında Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin “qida zəhərlənməsi” (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”, – Agentlikdən bildirilib.

TƏBİB-dən isə qeyd olunub ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

 

***

Bakıda qarpızdan zəhərlənən 2005-ci il təvəllüdlü Ağayeva Dərya Namiz qızı haqqında bir sıra təfərrüatlar məlum olub. 

“Unikal”ın əldə etdiyi məlumata görə, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib.

Məlumata görə, ondan sonra ailədən heç kim həmin qarpızdan yeməyib.

Pirsinq və tatu ustası olan gənc qız Saatlı rayonunda dəfn olunub.

O, ailənin tək qızı idi. Özündən böyük bir qardaşı var.

Qeyd edək ki, yaxınları onun tələbə olması haqqında yayılan məlumatları təkzib edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600