Qarşılama mərasiminə damğa vuran ayaqqabılar! Ərdoğan görüncə özünü SAXLAYA BİLMƏDİ – FOTO/VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Albaniyada keçirilən və 47 ölkənin liderinin qatıldığı beynəlxalq zirvə görüşündə iştirak edib.
Yenicag.az xəbər verir ki, daha sonra Albaniya Baş naziri Edi Rama ilə görüşüb. İki liderin yağış altında kameralara poza verdiyi görüşdə Ramaya məxsus ağ idman ayaqqabıları xüsusi diqqət çəkib. Rəsmi geyim formasına zidd olan bu üslub medianın və sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Ərdoğan, Baş nazir Rama ilə səmimi dialoq quraraq ona ingiliscə “How are you?” (Necəsən?) sualını verib. Rama “I’m fine” (Yaxşıyam) cavabını verəndə isə Ərdoğan türkcə “Ona görə idman ayaqqabısı geyinmisən” sözləri ilə zarafat edib.
Qeyd edək ki, Edi Rama bundan əvvəl də müxtəlif beynəlxalq tədbirlərə qeyri-rəsmi tərzdə, xüsusilə də idman ayaqqabıları ilə qatılması ilə tanınır. Onun bu rahat və fərqli geyim tərzi ictimaiyyətin və medianın diqqətini tez-tez cəlb edir.
Məsimə Məmmədova