Qatarda uşaq dünyaya gətirdi-Foto

media-hightechnic-468x90

84075Hindistanda bir qadın qatarın tualetində uşaq dünyaya gətirib.

Yenicag.az xəbər verir ki, Manu adlı qadın Hindistanın Racstan şəhərində qatarla yol getdiyi vaxtda qəfildən halı pisləşib. O, tualetə gedib və burada onun doğum sancıları başlayıb. Ana uşağı elə tualetdəcə doğur. Amma qəfildən körpə tualetdəki dəlikdən relslərin üstünə düşüb. Xoşbəxtlikdən tualetin yaxınlığında duran növbətçi doğan qadının səsini eşidib və qatarı vaxtında dayandırıb.

Onlar körpəni tapıblar və anası ilə birlikdə xəstəxanaya aparıblar. Xoşbəxtlikdən relslərə düşən körpə heç bir ciddi xəsarət almayıb. Həkimlər də bildiriblər ki, həm ana, həm də körpənin vəziyyəti yaxşıdır və onların sağlamlığı üçün heç bir təhlükə yoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600