Qatardan şok İxvan qərarı

media-hightechnic-468x90

downloadƏrəb Birliyinin Misir nümayəndəsi Adilin ” terrorizmə dəstək verməkdə” günahlandırdığı Qatar, açıq şəkildə İxvana qucaq açdı.

Misir prezidenti Sisini dəliyə çevirən qərara imza atan Qatarın, Misirlə yaşanan gərginlikdən sonra  Qahirədəki səfirini çağırdığı bildirildi. Yenicag.az-ın Qatarın rəsmi xəbər agentliyi QNA-ya istinadən verdiyi xəbərə görə, Qatar, Ərəb Birliyinin Misir nümayəndəsi Tarık Adilin açıqlamasından sonra Qahirə səfiri Seyf ibn Muqaddim əl-Buaneyni müşavirə üçün geri çağırdı.

Qeyd edək ki, Londonda nəşr olunan “Əl Həyat” qəzetinə müsahibə verən Qatar xarici işlər naziri Xalid əl Atiyyə Müsəlman Qardaşlara qucaq açdıqlarını söyləyib: “İxvan idarəçiləri dönmək istəsə, Qatar onların vətənidir”.

Xatırladaq ki, Misirdə çevriliş olduqdan sonra İxvan liderləri Qatara sığınsalar da, Ərəb Birliyinin təzyiqi ilə onlar bu ölkəni tərk etmişdilər.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600