Qatarın üzərində qaçan gənc ÖLÜ TAPILDI

media-hightechnic-468x90

Moskvada elektrik qatarından yıxılan yeniyetmə ölüb.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskvada, Yaroslavl istiqamətində yerləşən Valentinovka platforması yaxınlığında 14 yaşlı məktəbli dəmir yolu xəttində ölü tapılıb.

Məlumata görə, saat 20:30 radələrində “Monino–Moskva” qatarının maşinisti təcili xidmətlərə hadisəni bildirib.

Hadisə yerinə gələn həkimlər yeniyetmənin öldüyünü təsdiqləyiblər. İlkin ehtimala əsasən, o, “zaçepinq” (hərəkətdə olan qatarın üzərində və ya xaricində hərəkət etmə) ilə məşğul olub və hərəkət zamanı elektrik qatarından yıxılıb.

Valideynlərinin övladının bu ekstremal məşğuliyyətindən xəbərsiz olduğu bildirilir. Hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün onun dostu dindirilməlidir.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05