Qatarla toqquşan maşının sürücüsünə hökm oxundu
Bu gün bakı Ağır Cinayətlər Məhkəməsində ötən il iyunun 10-da Yevlax rayonunda qatarla toqquşan avtomobilin sürücüsü Ruslan Quliyevə hökm oxunub.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təqsirləndirilən R.Quliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, həmin gün səhər saat 10 radələrində qorunmayan keçiddə Ruslan Quliyev idarə etdiyi “Niva Shevrolet” markalı avtomobili teplovoza vurub. Nəticədə Ruslan Quliyevin sərnişini, Nemətabad kənd sakini Elməddin Əhmədov hadisə yerində ölüb.