Qatarların sürəti artırılacaq

media-hightechnic-468x90

скачанные файлы“Dünya Bankı tərəfindən Bakıdan Gürcüstan sərhədlərinə qədər dəmir yolunun təmiri ilə bağlı kredit ayrılıb və təmir işləri 1 il – 1,5 ilə başa çatdırılacaq. Məqsəd Bakı-Böyük Kəsik yolunda qatarların sürətini artırmaqdır”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C. Qurbanov hazırda Azərbaycan dəmir yollarında qatarların hərəkət sürətinin aşağı olduğunu qeyd edib: “Bu, o qədər də xoşagələn deyil. Çalışacağıq ki, Gəncə və Bakı arasında insanların daşınmasını təqribən 5 saata endirək. 1970-ci illərdə Bakıdan Gəncəyə elektrik qatarı 50 dəqiqəyə çatırdı. Biz bu yolları bərpa edərək yenə də 5 saat qədər sərnişinlərin satdırılmasına nail olacağıq. Daha sonra Rusiya sərhədinə qədər dəmir yolunun əsaslı təmiri, yeniləşdirilməsi ilə məşğul olacağıq. Prezidentin tapşırığı ilə 50-ə qədər elektrovoz, 10-a yaxın teplovoz alınacaq və onlar bu yollarda hərəkət edəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600