Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, yol-hərəkəti qaydalarını pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin sürücülərə özlərinin və digərlərinin sağlamlığına laqeyd yanaşmamaları tövsiyə olunub.
Sadalanan qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
www.yenicag.az