Qayınana "kainat gözəl" olan gəlinini güllələdi: "Oğul mənimdir, sənin deyil" - VİDEO
Meksikada 2017-ci ilin “Gənc Kainat Gözəli” (Miss Universe Teens) Karolina Qomez evində vəhşicəsinə qətlə yetirilib. 27 yaşlı modelin qatili öz qaynanası çıxıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qanlı cinayət paytaxt Mexikoda baş verib. Hadisə anı mənzildəki körpə kamerasının yaddaşına anbaan həkk olunub.
Görüntülərdən məlum olur ki, iki qadın arasındakı qısa mübahisədən sonra Qomez otağına çəkilmək istəyib. Bu zaman 45 yaşlı qaynana silahını çəkərək gəlininə 6 atəş açıb. Karolina Qomez aldığı ağır yaralardan yerindəcə keçinib.
Evdən gələn atəş səslərinə qaçan ər, qucağında 8 aylıq övladı ilə birgə dəhşətli mənzərənin şahidi olub. O, anasına “Nə etdin sən” deyə qışqırsa da, cinayətkar qaynana öz soyuqqanlılığını pozmayıb: “Məni özümdən çıxardı, sadəcə bunu etdim. Sən onun deyil, yalnız mənimsən”.
Polis tərəfindən saxlanılan qatil qaynana cinayətini etiraf edib. Hadisə ilə bağlı araşdırma davam edir.
Yenicag.az













