Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxda “təcili yardım” maşını qəzaya düşdü

Qazax şəhərində “təcili yardım” maşını qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, Heydər Əliyev prospekti ilə çağrışa gedən “Qazel” markalı “təcili yardım” maşını “VAZ-2107” ilə toqquşub.

Qəza nəticəsində iki nəfər – 1997-ci il təvəllüdlü Musayev Cabir Musa oğlu və “VAZ”ın 1996-cı il təvəllüdlü sərnişini Elgün Musayev xəsarət alıb.

Hər iki yaralı hadisə yerinə çağrılan başqa “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report/

Loading...

www.yenicag.az

1798